03 May 2024
Bu axşam yəhudilərin Sukot bayramı başlayır. Sukkot bayramı nədir ?

Bu axşam yəhudilərin Sukot bayramı başlayır. Sukkot bayramı nədir ?

20 Sentyabr 2021
Baxış: 1111

Bu axşam Sukot bayramı başlayır. Sukkot bayramı nədir ?

🍋 Yom-Küpür günündən beş gün sonra Sukot bayramı başlayır. O, səkkiz gün davam edir və ikimənalılıq daşıyır – aqrar və mənəvi-tarixi. Daha qədimdən məhsul bayramı olan Sukot eyni zamanda yəhudilərin 40 illik səhrada sərsəriliyini xatırladır.

🌴 Sukot gunlərində meyvə və güllərlə bəzədilmiş yüngül şalaş tipli tikili ( Suká ) qurulur. Bu cür şalaşda yəhudi ailəsi mümkün qədər çox vaxt keçirməyə çalışır. Sukotun hər günündə dindarların kütləvi yerişi sinaqoqanı dolanır. Sinaqoqa ibadəti zamanı dindarlar əllərində sitrus meyvəsini (etroq), xurma budağı (lulav) mərsin və bədmüşk budaqlarından ibarət dəstəni yellədirlər.

🍋 Sukotun qeyd edilməsinin səkkizinci günü Tövratın oxunuşunun illik tsikli bitir və yeni tsikl başlayır. Buna görə bu gün Tövrata sahib olma (Simxat-tora) bayramı adlanır. Şən nümayiş yeddi dəfə sinaqoqanı dolanır; dindarlar əllərində Tövratın qiymətli mətn parçalarını tuturlar. Səhər ibadətində bütün kişilər növbə ilə Tövratın oxunuşuna dəvət edilirlər. (İsrail həqiqətləri)

Sukot Bayramınız Mübarək.