05 May 2024
Britaniyanın Baş naziri Liz Trass İSTEFA VERDİ

Britaniyanın Baş naziri Liz Trass İSTEFA VERDİ

20 Oktyabr 2022
Baxış: 376

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, 45 gün əvvəl bu vəzifəyə seçilmişdi.

L.Trass həmçinin Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.

Qeyd edək ki, o, yeni hökumət başçısı seçilənədək ölkənin Baş naziri vəzifəsində qalacaq. L.Trass Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədrinin növbəti həftələrdə seçiləcəyini açıqlayıb.

O, bu vəzifəyədək Britaniyanın xarici işlər naziri idi.