05 May 2024
Britaniyada nazir istefa verib

Britaniyada nazir istefa verib

04 May 2020
Baxış: 441

Britaniyada nazir istefa verib.

AJM-in Böyük Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, Beynəlxalq ticarət üzrə dövlət naziri Conor Burns istefasını açıqlayıb. Buna səbəb nazirin atasının maliyyə ilə bağlı münaqişəsi olan şəxsə hədə-qorxu gəlməyə cəhd göstərməsidir. O, həmin şəxsə atası ilə bağlı məsələni İcmalar Palatasında qaldıracağını, bu xoşagəlməz təcrübəni yaşamamaq üçünsə atasına ödənişin edilməsini yazıb.

Conor Burnsun öz vəzifəsindən sui-istifadə etməsinin üstünün açılmasından sonra o, dərin təəssüf hissi ilə istefa verdiyini bildirib.