05 May 2024
Britaniya kralı Holokostdan sağ çıxanlarla birlikdə Hanukka bayramını qeyd edib

Britaniya kralı Holokostdan sağ çıxanlarla birlikdə Hanukka bayramını qeyd edib

17 Dekabr 2022
Baxış: 299

Böyük Britaniya kralı III Çarlz dekabrın 16-da Londonun şimalında Hanukka bayramına hazırlıqların qızğın şəkildə getdiyi yəhudi mərkəzinə baş çəkib. Britaniya kralı Holokostdan sağ çıxan yəhudilərlə rəqs edib. Onların arasında Anne Frankın ögey bacısı Eva Şloss da var olub.

AJMEDİA.İNFO xəbər verir ki, Kral həm də yoxsullar üçün Hanukka hədiyyələri və ərzaq bağlamaları yığan yerli yəhudi məktəbinin tələbələri ilə söhbət etməyə də vaxt tapıb. Məktəblilər Krala Hanukka şamdanı veriblər.