02 May 2024
Braziliyada turistlərin olduğu qayıq aşıb, ölənlər var

Braziliyada turistlərin olduğu qayıq aşıb, ölənlər var

16 Oktyabr 2021
Baxış: 533

Braziliyanın cənub-qərbində Paraqvay çayında turistlərin olduğu qayıq aşıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "G1" xəbər portalı məlumat yayıb.

Qəza nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər itkin düşüb, 14 nəfər isə xilas edilib.

Ümumilikdə 21 nəfərin olduğu qayığın güclü külək səbəbindən aşdığı bildirilir.

Hadisə turistlərin balıq tutmaqdan qayıtdığı vaxt baş verib.

Hazırda 12 dalğıc xilasetmə əməliyyatı aparır.