05 May 2024
Böyük Britaniyada HƏMAS tərəfdarlarının həbsi başlayıb

Böyük Britaniyada HƏMAS tərəfdarlarının həbsi başlayıb

23 Oktyabr 2023
Baxış: 589

Böyük Britaniyanın immiqrasiya naziri Robert Cenrik bildirib ki, Birləşmiş Krallıqda Fələstin-İsrail münaqişəsi başlayandan sonra HƏMAS tərəfdarlarının həbsi başlayıb.

AJMEDİA.İNFO xarici mediaya istinadla xəbər verir ki, Cenrik deyib: "Terrorla mübarizə qanunvericiliyi çərçivəsində həbslər olub və biz Britaniya yəhudilərini qorumaq üçün əlimizdən gələni etmək istəyirik".

O, İsrail ordusunun Qəzza zolağına mümkün yerüstü müdaxiləsi ilə bağlı vəziyyəti şərh edərək, ölkə hakimiyyətinin mülki əhalinin müdafiəsi üçün bütün mümkün addımları atacağına ümid etdiyini bildirib və mülki əhali arasında itkilərin olma ehtimalını yüksək qiymətləndirib.

Britaniyalı nazir israillilərin hərəkətlərinə haqq qazandırıb: "Biz İsrailin sərhədlərini qorumaq hüququnu qorumalıyıq".

Cenrikin sözlərinə görə, anklavın blokadaya alınması, sakinlərinin suyunun və elektrik enerjisinin kəsilməsi yalnız İsrailin qərarıdır.

Aparıcının Qəzza sakinlərinə kömək etmək barədə sualını cavablandıran nazir qeyd edib ki, Britaniyanın iştirakı ölkənin “ən yüksək səviyyədə” digər ölkələrin humanitar iştirakına ehtiyac olduğunu bəyan etməsi ilə məhdudlaşır.