03 May 2024
BMT Baş katibinin bu açıqlaması İsraili QƏZƏBLƏNDİRDİ

BMT Baş katibinin bu açıqlaması İsraili QƏZƏBLƏNDİRDİ

25 Oktyabr 2023
Baxış: 373

BMT-nin Baş katibi Antonio Quterreşin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə görə İsrail BMT nümayəndələrinə viza verilməsini dayandıracaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq debatda Quterreş HƏMAS yaraqlılarının İsrailə hücumunu pisləyib, lakin bunun səbəbsiz vermədiyini xatırladıb. Onun sözlərinə görə, bu, "56 illik boğucu işğalla" əlaqədar olub.

İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT baş katibinin çıxışından şoka düşdüyünü deyib. O hesab edir ki, İsrail ərazisinə raketlər buraxılarkən belə bir mövqenin ifadə olunması Quterreşin Yaxın Şərq regionu ilə bağlı reallıqdan tamamilə uzaq olduğunu sübut edib.(Sfera.az)