03 May 2024
Beyləqan sakinləri şəhid məclislərində deputatını tapa bilmir

Beyləqan sakinləri şəhid məclislərində deputatını tapa bilmir

18 Sentyabr 2022
Baxış: 386

“Milli Məclisin bütün deputatları şəhid məclislərində iştirak edir, şəhid ailəsinə təsəlli verir. Beyləqan sakinləri isə deputatını tapa bilmir. Bu günə qədər Beyləqandan millət vəkili seçilən Şahin İsmayılov bir şəhid ailəsinin qapısını açmayıb. Beyləqanda olarkən bir neçə şəhid ailəsi ilə həmsöhbət oldum. Şəhid anaları Şahin adlı depuatın adını birinci dəfə eşitdiklərini deyirdilər”.

AJMEDİA.İNFO xəbər verir ki , bunu jurnalist Qoşqar Salmanlı bildirib.

“İki gün öncə Kəlbəcər istiqamətində şəhid olan komando Mirtalib Ağazadənin dəfnində də iştirak etməyi Şahin İsmayılov özünə sığışdırmadı. Özü bu günə qədər şəhid dəfninə gəlmir, anladıq. Başa düşmür, amma onun köməkçiləri nə iş görür. Elə bil, Beyləqanın deputat baxımından da bəxti qara gətirib” – o qeyd edib. AMİA.AZ