03 May 2024
“Beşinci kolon” deyəndə hamı üzünü Rusiyaya yox, İrana tutmalıdır – Deputatdan SƏRT SÖZLƏR

“Beşinci kolon” deyəndə hamı üzünü Rusiyaya yox, İrana tutmalıdır – Deputatdan SƏRT SÖZLƏR

30 Sentyabr 2021
Baxış: 657

“Bu gün Azərbaycanda ən böyük problemlərdən biri dini məsələlər ətrafında baş verən hadisələrdir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat təklif edib ki, bu təhlükəni görməyimiz vacibdir: “Bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycanda “Beşinci kolon” deyilən məsələdə hamı üzünü şimala tutur. Amma hamı üzünü cənuba tutmalıdır. Bununla bağlı nəzarət edən qurumların səlahiyyətləri artırılmalıdır.

İkincisi qadın ölümləri, məişət zorakılığı ilə bağlı qanuna yenidən baxılmalıdır. Qanunda cəzanın sərtləşdirilməsi, profilaktik tədbirlərin artırılması məsələsinə yer vermək lazımdır.

Üçüncü məsələ sahibkarlıqla bağlı problemlərdir. Artıq demək olar Azərbaycanda rəqabət mühiti yoxdur. Bu gün sahibkarların hamısı gileylənir, narazıdır. Rəqabət Məcəlləsinə yenidən baxmalı və bunu qəbul etməliyik. Çox istəyərdim ki, büdcə müzakirələrində müxalifət partiyalarına imkan yaradılsın ki, büdcə ilə bağlı fikirlərini səsləndirə bilsinlər. Bütün müxalifət partiyalarının təmsilçilərinə büdcə ilə bağlı çıxış etmək imkanı yaradılmalıdır”.

Spiker Sahibə Qafarova qeyd edib ki, həm büdcə, həm də hesabatların müzakirəsində siyasi partiyalara imkan yaradılıb./ APA