05 İyul 2024
Bərdədə yaşayış binasında PARTLAYIŞ: YARALILAR VAR

Bərdədə yaşayış binasında PARTLAYIŞ: YARALILAR VAR

26 Sentyabr 2023
Baxış: 537

Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonu keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Hadisə nəticəsində ev sahibi və arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.