03 May 2024
BƏƏ və Bəhreyn İsraili İrana qarşı birləşməyə çağırır

BƏƏ və Bəhreyn İsraili İrana qarşı birləşməyə çağırır

27 Yanvar 2021
Baxış: 1942

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, İsrailin Yaxın Şərqdəki İran təhdidi ilə bağlı mövqelərini aydınlaşdırmaq üçün Amerika Birləşmiş Ştatları ilə danışıqlarda onlara qoşulmağa çağırıb. bu barədə Ynet portalı xəbər verib.

Bəhreyn Xarici İşlər Naziri Abdullatif bin Rəşid Əl Zayani, ölkəsinin rəhbərliyinin bölgədəki İran genişlənməsinin bir çox aspektində razılaşdıqlarını söyləyib. Söhbət İranın nüvə ambisiyalarından, ballistik raket proqramından və terror qruplarına dəstəkdən gedir.

"Bu məsələlərdə ortaq regional mövqe ABŞ-a daha çox təsir göstərməyimizə imkan verəcək. İranla gələcək hər hansı bir razılaşma yeni reallığı əks etdirməli və bölgədəki bütün dövlətlər üçün məqbul olmalıdır" deyə bildirilib.

BƏƏ Xarici İşlər Naziri Ənvər Qarqaş təkbaşına 2015-ci il nüvə anlaşmasında "ortaq regional yol" olmadığını əlavə edib.

Tədbirdə İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi Aviv Kohavi də çıxış edərək İranın son uğurlarının nüvə bombası yaradılmasına yaxınlaşdırdığını vurğulayib.