05 May 2024
"Bayrağı sinəsinə sıxıb, “ölmək istəyirik, bizə toxunmayın deyirdilər” - Baqdasaryan Azərbaycan əsgərinin cəsarətindən DANIŞDI - VİDEO

"Bayrağı sinəsinə sıxıb, “ölmək istəyirik, bizə toxunmayın deyirdilər” - Baqdasaryan Azərbaycan əsgərinin cəsarətindən DANIŞDI - VİDEO

14 Sentyabr 2021
Baxış: 781

“Azərbaycan əsgərləri bayrağı sinəsinə sıxıb, “ölmək istəyirik, bizə toxunmayın deyirdilər”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovannisyan səsləndirib.

“Mübarizlər” səhifəsinin yaydığı görüntülərdə erməni jurnalist Roman Baqdasaryan Hovannisyanın səsləndirdiyi fikirləri yenidən dilə gətirib:

“Artsrun Hovannisyan deyirdi ki, müharibə vaxtı yaralanan Azərbaycan əsgərləri bayrağı sinəsinə sıxıb, “ölmək istəyirik, bizə toxunmayın” deyirdilər. Artsrun bildirirdi ki, onlarda (Azərbaycan əsgərlərində – red) ruh var. Bəs sizdə (ermənilərdə – red.) hansı ruh var” – deyə Baqdasaryan vurğulayıb.

Həmin görüntüləri təqdim edirik:

(konkret.az)