03 May 2024
Baydendən İsrail-Fələstin münaqişəsi barədə İLK AÇIQLAMA

Baydendən İsrail-Fələstin münaqişəsi barədə İLK AÇIQLAMA

13 May 2021
Baxış: 690

ABŞ Prezidenti Cozef Bayden və İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerikalı lider İsrail-Fələstin münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib.

“Ümid edirəm ki, bu bitəcək və daha yaxşı olardı ki, bu, gec yox, tez baş versin”, - Bayden deyib. Bununla yanaşı, o, yaranmış vəziyyətdə İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib.

Daha əvvəl BMT Təhlükəsizlik Şurası (TŞ) İsraillə Fələstin arasında münaqişənin kəskinləşməsi ilə bağlı birgə bəyanatın razılaşdırılmasına dair razılığa gələ bilməyib. Təcili iclas ölkələri ABŞ-ın mövqeyinə görə vahid nəticəyə gətirib çıxarmayıb.