02 May 2024
Bayden Ukraynanın Buça şəhərindəki dəhşəti genosid yox, hərbi cinayət ADLANDIRDI

Bayden Ukraynanın Buça şəhərindəki dəhşəti genosid yox, hərbi cinayət ADLANDIRDI

05 Aprel 2022
Baxış: 451

ABŞ prezidenti Co Bayden Kiyev yaxınlığındakı Buça şəhərində dinc sakinlər arasında çoxsaylı itkilər barədə xəbərlər fonunda Rusiyaya qarşı sanksiyaları sərtləşdiriləcəyini bildirib.

“Buçada baş verənlər dəhşətlidir və hamı bunu gördü. Mən hesab edirəm ki, bu, hərbi cinayətdir. Mən Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinə çalışacağam”, - deyə o, jurnalistlərə bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, ABŞ prezidenti Vladimir Putinin müharibə cinayətləri üzrə mühakimə olunması üçün beynəlxalq ictimaiyyətə çağırış edəcəyini diqqətə çatdırıb.