03 May 2024
Batumidə çökmüş binanın dağıntıları altından daha 1 nəfər xilas edildi

Batumidə çökmüş binanın dağıntıları altından daha 1 nəfər xilas edildi

08 Oktyabr 2021
Baxış: 455

Batumidə çökmə baş vermiş binanın dağıntıları altından daha 1 nəfər xilas edilib.

AJMEDİA.İNFO xəbər verir ki,həmin şəxsə tibbi yardım göstərilir.

İndiyədək ikisi uşaq olmaqla 4 nəfər sağ tapılıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, dağıntılar altında 15-ə yaxın insanın olduğu bildirilib.

15:02

Batumidə çökən bina hissəsinin dağıntıları altından ikisi uşaq olmaqla 4 nəfər çıxarılıb.

Həmin şəxslər xəstəxanaya çatdırılıb.

Dağıntılar altında 20-yə yaxın insanın qaldığı bildirilir.

Batumi meriyasının məlumatına əsasən, çökmüş blokda 15 ailə yaşayıb.

13.17

Batumidə çökmüş binanın dağıntıları altında insanlar qalıb.

Xilasedicilər iki sakinin çağırışlarını eşidib.

Hazırda onların dağıntılar altından çıxarılması üzrə işlər aparılır, digər insanların axtarışları davam edir.

Batumi meriyasından bildirilib ki, bina yaşayış üçün yararlı olub və tikili amortizasiyaya uğramayıb.

Xilasetmə işlərinə ətraf bölgələrdən də xilasedicilər cəlb olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

12:43

Batumidə çökmə baş vermiş yaşayış binasında təmizləmə və xilasetmə əməliyyatı aparılır.

Yerli sakinlər xilasedicilərə kömək edirlər.

Binanın yaxınlığında olan bir neçə avtomobil dağıntılar altında qalıb. Onların birində uşaq olub. Xilasedicilər onu xilas edib. Yüngül xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, çökmədən öncə partlayış səsi eşidilib.

Eyni zamanda dağıntılar altından daha bir uşaq xilas edilib. Körpə xəstəxanaya çatdırılıb.

Acarıstanın hökumət başçısı Tornike Rijvadze hadisə yerindədir.

Binadan sakinlər təxliyə olunur. Ərazidə təmizləmə və xilasetmə işləri davam edir.

12:04

Gürcüstanın Batumi şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında çökmə baş verib.

Əraziyə xüsusi texnika, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alanlarla bağlı məlumat hələ yoxdur.