02 May 2024
Baş nazirin görüntüləri başına bəla oldu: İstefası tələb olunur - FOTOLAR

Baş nazirin görüntüləri başına bəla oldu: İstefası tələb olunur - FOTOLAR

26 May 2022
Baxış: 543

Böyük Britaniyanın Baş naziri Boris Consonun karantin dövründə qaydaları pozması ilə bağlı iddialara dair rəsmi hesabat yayımlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, araşdırmaların nəticəsinə görə, Consonun təşkil etdiyi partilərdə qonaqlar karantin qaydalarına əməl etməyib. Hökumət nümayəndələrinin tədbirlərdə spirtli içki qəbul edərək mübahisə etdiyi məlum olub. Karantin dövründə Conson 16 partiyə qatılıb.

Hesabata münasibət bildirən Conson, səhvini etiraf edərək, “Dərsimi aldım” deyib. Conson istefa verməyəcəyini ifadə edib.


Qeyd edək ki, karantin dövründəki partilərdə çəkilmiş fotoların yayılmasından sonra məsələ barədə araşdırmalar başlamışdı.