Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
29 dəqiqə əvvəlBaş nazir Ermənistanın təcavüzünün nəticələrinin qısa müddətdə aradan qaldırılmasına dair tapşırıqlar verdi
10 Sentyabr 2021
Baxış: 470
Bu gün, sentyabrın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.
AJMEDİA,İNFO xəbər verir ki,bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, iclas zamanı ötən vaxt ərzində görülmüş işlərin vəziyyətinə dair məruzələr dinlənilib, yerdə qalan işlərə dair müzakirələr aparılıb və qısa müddət ərazində tam başa çatdırılımasına dair müvafiq tapşırıqlar verilib.