05 May 2024
Baltikyanı ölkələrdə koronavirusa yoluxanların sayı artır

Baltikyanı ölkələrdə koronavirusa yoluxanların sayı artır

04 May 2020
Baxış: 451

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1703-ə çatıb. Ölkənin Səhiyyə Departamentinin məlumatına görə, epidemiyanın yayıldığı tarixdən bəri 55 min 784 nəfər müayinə olunub.

AZƏRTAC xəbər verir ki, İndiyədək bu ölkədə koronavirusdan 55 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 259 nəfər təşkil edir.

Latviyada da son sutka ərzində koronavirusa yoluxanların sayı artıb. Hazırda virusa yoluxmuş xəstələrin sayı 896-dır. Epidemiyanın yayıldığı tarixdən indiyədək ölkədə 65 min 464 nəfər müayinə olunub. İndiyədək ölkədə virusdan 16 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 348 nəfərdir.

Litvada isə son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 1419-a çatıb. Bu ölkədə 144 min 29 nəfər müayinə olunub. Ölkədə COVID-19-dan 46 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 638 nəfər təşkil edir.

Hər üç ölkədə yeni yoluxma hallarının artacağı istisna olunmur.