05 May 2024
Bakıda yolu bağlamağa çalışan sürücü həbs edildi

Bakıda yolu bağlamağa çalışan sürücü həbs edildi

09 Avqust 2022
Baxış: 354

Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini İsmayıl Eldar oğlu Mikayılov barəsində müvafiq sənədləşmə apaılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

daf-surucu.jpg (37 KB)

Teqlər: Bakı