05 May 2024
Bakıda qadın müğənnini oteldə qətlə yetirən şəxs kimdir? - RƏSMİ AÇIQLAMA

Bakıda qadın müğənnini oteldə qətlə yetirən şəxs kimdir? - RƏSMİ AÇIQLAMA

20 İyul 2021
Baxış: 1117

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

AJMEDİA.İNFO-ya bu barədə Nizami rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.