05 May 2024
Bakıda lisey müəllimi pomidor turşusundan zəhərlənib öldü - FOTO

Bakıda lisey müəllimi pomidor turşusundan zəhərlənib öldü - FOTO

23 Noyabr 2022
Baxış: 350

Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.

Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.

Mərhum ailəli olub, iki övladı var.