05 May 2024
Bakıda ər-arvad peyvənd olunmaq üçün xəstəxananın qapısını sındırdı, 3 həkimi döydü -  RƏSMİ

Bakıda ər-arvad peyvənd olunmaq üçün xəstəxananın qapısını sındırdı, 3 həkimi döydü - RƏSMİ

01 Sentyabr 2021
Baxış: 848

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən ər-arvadın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

AJMEDİA.İNFO-nun məlumatına görə, Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib.