03 May 2024
Bakıda dəniz sahilində qadın meyiti tapıldı - FOTO

Bakıda dəniz sahilində qadın meyiti tapıldı - FOTO

01 Sentyabr 2021
Baxış: 685

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

DİN-dən AJMEDİA.İNFO-ya verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir. Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.