03 May 2024
Bakıda 8 nəfər dönərdən zəhərləndi - ADLAR

Bakıda 8 nəfər dönərdən zəhərləndi - ADLAR

13 Dekabr 2021
Baxış: 694

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

AJMEDİA.İNFO-ya Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanalardan birində dönər yeyən 8 nəfər zəhərlənmə diaqnozu ilə Mərkəzə gətirilib.

Zəhərlənən şəxslərdən biri qadın, yeddisi kişidir. Onlardan birinin 16 yaşı var. Vəziyyətləri ağır, orta ağırdır.

Zəhərlənənlərin adları:

1. Bayramov Cavid

2. Xəlilov Murad

3. Fəttahova Tünzalə

4. Əliyev Həmid

5. Soltanov Səid

6. Mirzəyev Rafiq

7. Ömərov Qüdrət

8. Soltanov Maqsud

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir.

Məlumata görə dönərxananın fəaliyyəti dayandırılıb.