03 May 2024
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra media nümayəndələrini təltif edib – FOTO

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra media nümayəndələrini təltif edib – FOTO

28 Dekabr 2021
Baxış: 555

Dekabrın 28-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə il ərzində qan donorluğunun inkişafına göstərdikləri dəstəyə görə bir sıra media nümayəndələrinin üçün təltif olunma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın rəhbəri Raqif Abbasov və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva il ərzində qan donorluğu və uşaq ölümünə qarşı mübarizədə göstərdikləri dəstəyə görə media nümayəndələrinə öz təşəkkürlərini bildirib.

Tədbirin vacibliyini vurğulayan ölkənin qan xeyriyyəçisi Fuad Əsgərov genafondun qorunmasında mətbuat işçilərinin əvəzsiz rolu olduğunu deyib. Daha sonra Fuad Əsgərov jurnalistləri "Həyat damlası" döş nişanı ilə təltif edib.