02 May 2024
Azərbaycanlı futbolçudan Türkiyədə son dəqiqə qolu

Azərbaycanlı futbolçudan Türkiyədə son dəqiqə qolu

18 Dekabr 2021
Baxış: 467

Türkiyə I Liqasının XVIII turu çərçivəsində “Keçiörengücü” doğma meydanda “Ərzurum BB” ilə qarşılaşıb.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Keçiörengücü”nün heyətində 46-cı dəqiqədə meydana çıxıb. O, oyunun əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Bu nəticədən sonra 32 xala malik “Ərzurum BB” üçüncü pilləyə yuvarlanıb, “Keçiörengücü” isə 18 xalla 16-cı yerdə qərarlaşıb.