05 May 2024
Azərbaycanın sabiq səfiri rusları "donuz" adlandırdı - Diplomatik QALMAQAL YAŞANDI

Azərbaycanın sabiq səfiri rusları "donuz" adlandırdı - Diplomatik QALMAQAL YAŞANDI

11 Avqust 2021
Baxış: 1115

"İsfəndiyar Vahabzadənin Rusiya ilə bağlı isterik, demaqoji açıqlamalarının ölkəmizə vurduğu ziyanı hələ anlamırıq".

AJMEDİA.İNFO xəbər verir ki, jurnalist Elçin Alıoğlu bildirib.

Jurnalist qeyd edib ki, sabiq səfirin bu bəyanatı sosial şəbəkələrin Rusiya seqmentində, Rusiya mediasında geniş müzakirə olunur:

"Adam Jirinovskini guya tənqid edir, amma bütun rus xalqını “donuz” adlandırır, “bütün Rusiya bir türk əsgərin dırnağına qurban olsun” deyir.

Adam o qədər savadlıdır ki, Rusiyada ruslardan başqa tatarların, azərbaycanlıların, başqırdların, avarların, çeçenlərin, udmurtların, kumıkların və s. yaşadığını unudub.

Unudub ki, Rusiya müsəlman əhalisinin sayına görə dünyada ilk yerlərdən birini tutur.

Türkiyə candır, qandır, qardaşdır – amma Vahabzadənin belə bəyanatı yaramazlıqdır.

Bu adam necə səfir olub, necə diplomatik fəaliyyətdə olub, anlamıram.

Tragikomediyadır.

Rusiyanı tərifləməyin gərək olduğunu demirəm. Zatən, hər şey ortada.

Amma İ.Vahabzadənin rus millətini aşağılaması, təhqir etməsi yolverilməzdir, etikadan kənardır, siyasi mədəniyyətsizlikdir.

Tənqid etmək olar – təhqir yox.

Jirinovskini söyən Vahabzadə eynən Jirinovskiyə bənzəyir"

Qeyd edək ki, İsfəndiyar Vahabzadə müxtəlif illərdə Azərbaycan Respublikasının Belarus, Moldova və Pakistandakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, o, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.

Çağatay Noqay