03 May 2024
Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat etdi - FOTO

23 Noyabr 2021
Baxış: 528

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

AJMEDİA.İNFO "Report”a istinadən xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Onun atası geoloq, anası isə ingilis dili müəllimi olub.

1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alan A.Sultanova növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.

O, musiqiçi və aktyor Vladimir Şainski ilə ailəli olub.

A.Sultanova 1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar.

O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.