02 May 2024
Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı

Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı

20 Dekabr 2021
Baxış: 563

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru və müavininin silahla şəkili yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə görüntülər mesajlaşma platformasında yayılıb.

Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və “vinçester” tüfəngi ilə şəkilləri yayılıb.

Bildirilib ki, fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkili silib.