05 May 2024
Azərbaycanda vaksin vurdurmayan şəxslər polis bölməsinə aparılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda vaksin vurdurmayan şəxslər polis bölməsinə aparılır? - RƏSMİ AÇIQLAMA

13 Avqust 2021
Baxış: 537

Sosial şəbəkələrdə polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq onların vaksinasiya olunub-olunmadıqlarını yoxladıqlarına dair məlumatlar yayılıb. Yayılan məlumatlarda iddia olunur ki, polislər parklarda və digər ictimai yerlərdə insanlara yaxınlaşaraq peyvənd olunmadıqlarına görə onları polis bölməsinə aparırlar.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Hər hansı formada polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq vaksinasiya olunmalarını tələb etmələrinə dair yayılan iddialar yalandır. Belə hal mövcud deyil”.(unikal.org)