03 May 2024
Azərbaycanda sentyabrda bu qadağa qoyula bilər — AÇIQLAMA

Azərbaycanda sentyabrda bu qadağa qoyula bilər — AÇIQLAMA

16 Avqust 2022
Baxış: 373

"Əgər yoluxanların sayı ciddi artımla davam edərsə, tədbilərin görülməsi mütləq olacaq. Çünki burada məsələ insanların sağlamlığından gedir".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim Aytən Ziyadova bildirib.

Həkim əlavə edib ki, sentyabr və oktyabr aylarında məktəblər başlayacaq və qapalı ortamlarda insanların sayı çoxalacaq: "Yəqin ki, ən azı qapalı ortamlarda insanların maskdan istifadəsi nəzərdə tutulmalıdır. Əks halda qapalı məkanlarda yoluxma sayı birbaşa artımla müşahidə ediləcək".

Ətraflı videomaterialda izləyə bilərsiniz: