02 May 2024
Azərbaycanda sabiq icra başçısı həbsxanada VƏFAT ETDİ

Azərbaycanda sabiq icra başçısı həbsxanada VƏFAT ETDİ

08 Sentyabr 2021
Baxış: 628

Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

AJMEDİA.İNFO Axar.az-a istinadən xəbər verir ki, səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.