02 May 2024
Azərbaycanda məktəbdə yanğın: Şagirdlər təxliyə edildi - SON DƏQİQƏ!

Azərbaycanda məktəbdə yanğın: Şagirdlər təxliyə edildi - SON DƏQİQƏ!

03 Dekabr 2021
Baxış: 751

Şəmkirdə məktəbdə yanğın olub.

AJMEDİA.İNFO bildirir ki, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.

Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.(APA)