02 May 2024
Azərbaycanda karantin rejimi yumşaldılacaq, bu QADAĞALAR LƏĞV EDİLƏCƏK  - HƏKİM

Azərbaycanda karantin rejimi yumşaldılacaq, bu QADAĞALAR LƏĞV EDİLƏCƏK - HƏKİM

19 May 2021
Baxış: 877

“Yaxın günlərdə karantin rejimi ilə bağlı yumşalmaların olacağı gözlənilir”.

AJMEDİA.info xəbər verir ki, bunu publika.az-a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim bildirib ki, yumşalma ilə bağlı qərarın verilməsi üçün hazırda ölkəmizdə münbit şərait yaranıb: “Qarşıdan “Formula-1” çempionatı gəlir. Eyni zamanda futbol üzrə Avropa çempionatının oyunları da Bakıda keçiriləcək. Bu baxımdan düşünürəm ki, yaxın günlərdə yumşalma olacaq. Bununla bağlı qərarın verilməsi üçün hazırkı epidemioloji vəziyyət imkan verir. Vəziyyət münbitdir. Hər kəs yumşalmanın olacağını gözləyir. Ona görə də bu qərar gözləniləndir və çox böyük ehtimalla da olacaq”.

Ə.Rüstəm qeyd edib ki, son günlər virusa yoluxanların sayı azalıb və bu da yumşalma ilə bağlı qərarın verilməsinə təsir edəcək: “Yoluxmalar gündən-günə azalacaq. Ölüm hallarının da azaldığını müşahidə edirik. Ölənlərin sayı qarşıdakı günlərdə daha da azalacaq və sağalanların sayı artacaq. Vaksinasiya da aparılır. Bu baxımdan yumşalma tədbirləri üçün münbit şərait yaranıb”.

Həkim metropolitenin fəaliyyətə başlamasını, toyların keçirilməsini və çimərliklərin açılmasını da məqbul hesab edir.