02 May 2024
Azərbaycanda deputatın bacısı oğlunu maşın VURUB ÖLDÜRDÜ - FOTO

Azərbaycanda deputatın bacısı oğlunu maşın VURUB ÖLDÜRDÜ - FOTO

02 Dekabr 2021
Baxış: 908

Hacıqabulda axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Hadisə Hacıqabul Rayon Polis Şöbəsinin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Hacıqabul RPŞ-nin keçmiş əməkdaşı olub. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.

Fotoda: Millət vəkili İltizam Yusifov

Sifarişlə deputat "seçilən" İltizam Yusifov - YAP-ın "islahat"ı, ya  Camalovların diktəsi?