03 May 2024
Azərbaycanda bu Federasiyadan içində 63 min manat olan seyfi OĞURLADILAR

Azərbaycanda bu Federasiyadan içində 63 min manat olan seyfi OĞURLADILAR

03 Dekabr 2021
Baxış: 575

Bakıda ofisdən oğurluq olub.

AJMEDİA.İNFO xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospekti 2 ünvanında yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdə qeydə alınıb.

Ofisə daxil olmuş naməlum şəxs və ya şəxslər federasiyaya məxsus, içərisində azı 63 min manat olan dəmir seyfi oğurlayıb. Seyfdəki pulların 45 min manatı federasiyanın, qalan hissəsi isə federasiyanın baş mühasibinin olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.