03 May 2024
Azərbaycana məxsus Su-25 təyyarəsindəki 58 qırmızı ulduzun MƏNASI NƏDİR? - FOTO

Azərbaycana məxsus Su-25 təyyarəsindəki 58 qırmızı ulduzun MƏNASI NƏDİR? - FOTO

08 Sentyabr 2021
Baxış: 852

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Azərbaycanla Türkiyənin birgə keçirdiyi təlimlərdə aviasiya qüvvələri Hava Hücumundan Müdafiə Sistemi və digər yerüstü hədəfləri məhv edib.

Təlimlərdə Azərbaycanın Su-25, MiQ-29 və Türkiyənin F-16 təyyarələri iştirak edib.

AJMEDİA.İNFO modern.az-a istinadən xəbər verir ki, diqqətçəkən məqamlardan biri Azərbaycanın Su-25 hücum təyyarələrinin gövdə hissəsinə vurulan xüsusi işarələrlə bağlıdır. Belə ki, Müdafiə Nazirliyinin təlimlərdən yaydığı fotolarda təyyarələrdən birində 58 dənə qırmızı səkkizgüşəli ulduz çəkilib. Daha bir Su-25 təyyarəsində isə həmin ulduzların sayı 38-dir.

Hesab olunur ki, ulduzlar Vətən Müharibəsi zamanı həmin təyyarələrin Qarabağda məhv etdiyi Ermənistan ordusuna məxsus zirehli texnika və zenit-raket komplekslərinin sayını göstərir.