Vilayət Eyvazovdan baş leytenant Atakişiyevlə bağlı ƏMR
11 saat əvvəl“Azərbaycan xüsusi təyinatlıları adaları ələ keçirmək üçün gəlib” - Xarici mediada ŞOK MANŞET
07 İyun 2022
Baxış: 522
“Türkiyədə keçirilən “Efes-2022” təlimləri Yunanıstanda böyük narahatlıq yaradıb”.
AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə ordusunun keçmiş pilotu, general-leytenant Ərdoğan Karakuş "CNN türk"ə açıqlamasında belə deyib. O bildirib ki, təlimlərdə Azərbaycan, Pakistan, Qazaxıstan, Banqladeş, İtaliya, Liviya və digər dövlətlər iştirak edib. Keçmiş hərbçinin sözlərinə görə, Yunanıstan mediası Azərbaycanın təlimlərdə iştirak etməsini “Qarabağı alan Azərbaycan xüsusi təyinatlıları Yunanıstanı işğal etmək üçün gəldi”, “Türklər adaları işğal edəcək” kimi əsassız fikirlərlə oxucularına çatdırıb. Karakuş bildirib ki, Yunanıstan beynəlxalq səviyyədə tanınmış müqavilələri pozaraq özü adaları işğal edib.