05 May 2024
Azərbaycan XİN-dən yəhudilərin soyqırımı günü ilə bağlı paylaşım - FOTO

Azərbaycan XİN-dən yəhudilərin soyqırımı günü ilə bağlı paylaşım - FOTO

27 Yanvar 2022
Baxış: 452

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə XİN-in “Twitter” hesabında məlumat verilib.

“Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırımı, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik”, - deyə paylaşımda bildirilib.

BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

No description available.