05 May 2024
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı məlum oldu

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı məlum oldu

12 Oktyabr 2021
Baxış: 579

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

AJMEDİA.İNFO xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.

Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib. (Report)