05 May 2024
Azərbaycan əsilli milyarder Vahid Ələkbərov Rusiyaya yardım üçün əmlakının 89%-ni SATIŞA ÇIXARDI

Azərbaycan əsilli milyarder Vahid Ələkbərov Rusiyaya yardım üçün əmlakının 89%-ni SATIŞA ÇIXARDI

21 Aprel 2022
Baxış: 671

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl” şirkətinin Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiyanın teleqram kanallarında Vahid Ələkbərovun şirkətdən getməsi ilə bağlı iddia irəli sürülüb.

Qeyd olunur ki, Ələkbərov Rusiyanı tərk edib və şəxsi əmlakının 89%-ni satışa çıxarıb. Bildirilir ki, iş adamı Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölkəsinə maliyyə yardımı etmək niyyətindədir. O, həmçinin özünün enerji aktivlərini dövlət korporasiyalarından birinin idarəçiliyinə vermək istəyir.

Bununla yanaşı, sahibkarın hərbi əməliyyat başa çatana qədər və postmünaqişə dövründə üçüncü ölkələrdə yaşayacağı vurğulanır.