03 May 2024
Avstriyada pandemiya ilə bağlı ümumölkə məhdudiyyətləri regionlaşdırıla bilər

Avstriyada pandemiya ilə bağlı ümumölkə məhdudiyyətləri regionlaşdırıla bilər

27 May 2020
Baxış: 706

Yeni növ koronavirusa yoluxma ilə bağlı vəziyyət müsbətə doğru inkişaf etdikcə (718 aktiv xəstə) bütün ölkə üzrə tətbiq edilən məhdudiyyətlərin regionlaşdırılması sualı meydana çıxıb.

AJM xəbər verir ki, Avstriyanın Federal Kansleri Sebastian Kurts bir sıra məhdudiyyətlərin bütün ölkə üzrə qüvvədə qalmasına ehtiyac olmadığını ifadə edib. Kansler qeyd edib ki, hazırda məhdudiyyətlərin sadələşdirilməsi üzərində iş gedir, bununla yanaşı, bəzi regionlarda məhdudiyyətlər sərtləşdirilə bilər.

Kanslerə görə, virus təhlükəsi ilə əlaqədar hər bir insanın həyatının normadan artıq tənzimlənməsi yolverilməzdir və bu addım yalnız konkret yoluxma təhlükəsi olan regionlarda atılmalıdır. Buna görə də yoluxma riskinin aşağı olduğu regionlarda yaxın gələcəkdə məhdudiyyətlər azaldılacaq, bunun əvəzində isə insanların fərdi cavabdehliyi və məsuliyyəti ön planda dayanacaq.

Sadələşdirilmələr arasında ilkin mərhələdə bəzi federal əyalətlərdə maska öhdəliyinin ləğvi, komanda idman növləri ilə məşğul olmağa tam icazənin verilməsi, kütləvi tədbirlərin təşkili və onlarda iştirak nəzərdə tutulur. Hazırda Vyanada ölkə üzrə ən çox aktiv virus daşıyıcısının olduğunu nəzərə alaraq (400 nəfər) bu federal əyalət qonşu Aşağı Avstriya əyaləti ilə birlikdə məhdudiyyətlərin yumşaldılması deyil, daha da sərtləşdirilməsi yolunu tutmalı olacaq.

Teqlər: Avstriya