02 May 2024
Avropa Parlamentinin Prezidenti: "Rusiya hökuməti Avropa İttifaqını dinləməlidir"

Avropa Parlamentinin Prezidenti: "Rusiya hökuməti Avropa İttifaqını dinləməlidir"

04 Sentyabr 2020
Baxış: 1231

"Bütün Avropa Aleksey Navalnının kimyəvi sinir iflicedici maddə ilə zəhərlənməsindən ciddi şəkildə narahatdır".

AJM-nın xəbərinə görə, bunu Avropa Parlamentin Prezidenti David Sassoli "Twitter"də bildirib.

"Rusiya hökuməti Avropa İttifaqını dinləməlidir. Bütün Avropa Aleksey Navalnının kimyəvi sinir iflicedici maddə ilə zəhərlənməsindən ciddi şəkildə narahatdır. Bu iş tam araşdırılmalıdır", David Sassoli qeyd edib.

Qeyd edək ki, Almaniya kanslerinin mətbuat katibi Ş. Zaybert deyib ki, A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izləri tapılıb.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.