05 May 2024
Atatürkün dünyaca məşhur jurnaldakı bu şəklinin hüznlü tarixçəsi - FOTO

Atatürkün dünyaca məşhur jurnaldakı bu şəklinin hüznlü tarixçəsi - FOTO

30 Avqust 2021
Baxış: 661

Dünyaca məşhur "Time" jurnalının üz qabığı Qazi Mustafa Kamal Atatürkün ən məşhur fotosu ilə yayımlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, adıçəkilən jurnalın 30 avqust Zəfər Bayramı münasibətilə dərc edilən Atatürk fotosunun kədərli hekayəsi ortaya çıxıb.

Bildirilib ki, Atatürk 30 Avqust 1924-cü ildə dostlarını itirdiyi Dumlupınar şəhərinə gedib. O, müharibə zamanı cəsədinin yarısı parçalanan, lakin bir əllə bayrağı yuxarı qaldıran şəhid əsgərin adına ucaldacağı abidənin təməlini qoymaq üçün bölgəyə gəlmişdi. Sinəsində parlaq bir qələbənin qüruru, üzündə şəhid olmuş dostlarının ağrısı vardı.

Səfərlərdə həmişə yanında fotoqrafın olmasını istəyən Mustafa Kamalı məşhur fotoqraf Esat Nedim Tengizman müşayiət edirdi.

Jurnalın məlumatına görə, sözügedən foto da məhz E.N.Tengizman tərəfindən Zəfər Bayramının 2-ci ildönümü zamanı Dumlupınarda çəkilib.

Qeyd edək ki, bu gün qardaş ölkə Türkiyənin Zəfər Bayramı tarixindən 99 il ötür. (unikal.org)

Atatürkün bu fotosunun tarixçəsi ortaya çıxdı- FOTO