03 May 2024
Astarada qohum qadınlar arasında dava - Biri digərini QƏTLƏ YETİRDİ

Astarada qohum qadınlar arasında dava - Biri digərini QƏTLƏ YETİRDİ

08 Oktyabr 2021
Baxış: 632

Astara rayonunda qohumlar arasında dava düşüb.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə həyat yoldaşının əmisinin arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.