03 May 2024
Astarada baş verən qətllə bağlı DİN-dən AÇIQLAMA

Astarada baş verən qətllə bağlı DİN-dən AÇIQLAMA

10 Noyabr 2023
Baxış: 528

Astarada baş verən qətl hadisəsi ilə bağlı DİN açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.