03 May 2024
"Arzuları var idi, xəbəri görüb havalanıram..." - Canına qıyan əsgərin anası DANIŞDI + FOTOLAR

"Arzuları var idi, xəbəri görüb havalanıram..." - Canına qıyan əsgərin anası DANIŞDI + FOTOLAR

11 İyul 2023
Baxış: 402

Dünən Naxçıvanda odlu silahdan atəş açmaqla özünə qəsd edən sərhədçi Bəkiyev Kənan Seymur oğlu Azərbaycan Texniki Universitetinin məzunu olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə onun anası məlumat verib. O, oğlu ilə hadisədən bir gün əvvəl danışdığını deyib:

"Onun arzuları var idi. İntihar xəbərini görüb havalanıram. Mənim oğlum özünə qəsd edəsi oğul deyildi. Hərbi xidmətə ali savadlı, sağlam övlad göndərmişdim".

Culfa rayonunun Gülüstan kəndində xidmət edən 22 yaşlı K.Bəkiyev dünən Hövsan qəsəbəsində dəfn olunub.

(unikal)