02 May 2024
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb

21 Avqust 2021
Baxış: 760

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb.

AJM xəbər verir ki, son ölkə çempionu Latviyanın Salaspils şəhərində keçirilən ilk oyununda Cəbəllütariqin "Europa" kollektivini 9:2 hesabı ilə məğlub edib.

Naxçıvan təmsilçisi avqustun 22-də “Kampuksen Dinamo” (Finlandiya), iki gün sonra isə “Raba” (Latviya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.