05 May 2024
Araik Arutyunyan GERİ ADDIM ATDI - Xankəndidə "müstəqillik bayramı" tədbiri OLMAYACAQ

Araik Arutyunyan GERİ ADDIM ATDI - Xankəndidə "müstəqillik bayramı" tədbiri OLMAYACAQ

02 Sentyabr 2021
Baxış: 805

Xəbər verdiyimiz kimi, bu gün qondarma Qarabağ rejiminin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndi şəhərində bayram tərdbirləri keçirilməli idi. Hətta erməni seqmentinin Telegram kanalında İrəvandan 20 nəfərdən ibarət “adi nümayəndə heyətinin” gəlişi haqda anons verilmişdi. Bu gün isə Xankəndidən qondarma rejimdə heç bir bayram tədbiri olmayacağı haqda xəbər yayıldı.

AJMEDİA.İNFO Bizim.Mediaya-a istinadən xəbər verir ki, Xankəndi şəhərində müvəqqəti yaşayan ermənilər və Ermənistan parlamentinin nümayəndə heyətinin üzvləri 3 müharibədə (1991, 2016, 2020) həlak olanların xatirəsinə gül dəstələri qoyacaqlar.

Və bununla da mərasim bitmiş hesab ediləcək.

Son anda əldə edilən məlumata görə “prezident” Araik Arutyunyan Qarabağda yaşayan ermənilərə rəsmi Facebook səhifəsində müraciət edib:

“Bizim tarixi məsuliyyətimiz var: burada yaşamaq və yaratmaq. Bu yolda uğurlarımız və itkilərimiz oldu”.