05 May 2024
Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq istəyir

Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq istəyir

28 Mart 2023
Baxış: 484

Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq və onu 15 milyard avroya çatdırmaq istəyir.

Bu barədə “Der Spiegel” xəbər verir.

“Ukraynaya silahlı yardım xeyli genişlənir”, - məqalədə deyilir.

Qeyd olunur ki, Almaniya növbəti illərdə Ukraynaya hərbi yardımı dəfələrlə artırmaq istəyir.

"Berlin yardımı 3 milyard avrodan 15 milyard avroya qədər artırmaq istəyir", - “Der Şpiegel” əlavə edib.

Qeyd edək ki, Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.

Teqlər: